“Döyüşlər şiddətlənə bilər” - Tel-Əvivdən xəbərdarlıq
2024-07-26 00:08:00
İsrailin xarici işlər naziri İsrail Katz Livanla sərhəddə vəziyyətin gərginləşməsi ehtimalı barədə xəbərdarlıq edib.
Nazir bu barədə “Bloomberg”ə müsahibəsində danışıb.
Katz bildirib ki, “Hizbullah” üzvləri Litani çayının o tayındakı sərhəd zonasından geri çəkilməzsə, döyüşlərin güclənməsi ehtimalı böyükdür.
“Livanla daha böyük münaqişənin olacağı ehtimalı yüksəkdir. Şimaldan təxliyə edilən 70 minə yaxın vətəndaşımız var və biz onları geri qaytara bilmərik. Biz silahlıların Litani çayı ilə sərhəddən uzaqlaşmasını yenidən tələb edirik” , - nazir vurğulayıb. \\Redaktor.Az