📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Dronların öz hava yolları olacaq"

2024-06-19 14:41:53

Hurriyyet.az "Haber Qlobal" kanalına istinadla xəbər verir ki, Türkiyədə pilotsuz uçuş aparatları üçün xüsusi hava dəhlizlərinin yaradılması planlaşdırılır. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu  məlumat verib. Nazirin sözlərinə görə, planın həyata keçirilməsi zamanı əsas üstünlük təhlükəsizlik məsələlərinə veriləcək.
Uraloğlu deyib: "Yerdə avtomobillər, havada təyyarələr, dənizdə gəmilər müəyyən yolla hərəkət etdikləri kimi, pilotsuz uçuş aparatları da özləri üçün müəyyənləşdirilmiş trayektoriya ilə irəliləyəcəklər. Beləliklə, PUA üçün təhlükəsiz hava məkanı formalaşdırırıq".
Uraloğlu müəyyən edilmiş marşrutlar boyunca dron təmiri stansiyalarının qurulacağını da əlavə edib.
Hürr Tərcüman