📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu

2026-08-24 20:24:01

DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.

Hurriyyet.Media  “Report”a istinadən xəbər verir ki, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub.

Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib.

Eyni zamanda, Aparat rəhbərinin müavini vəzifəsi ləğv olunub.

Komitədən məlumatı təsdiqləyiblər.