📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DSX Akademiyasının tələbəsi intihar etdi

2021-11-18 11:35:00

DSX Akademiyasının tələbəsi intihar etdi

Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu intihar edib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Hadisə noyabr ayının 17-də saat 21:00 radələrində qeydə alınıb. 

Telman Nəbiyev naməlum səbəbdən özünü asıb. 

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

** 11:08

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır.