📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu

2026-08-14 17:26:49

DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu

General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib.

Hurriyyet.Media  “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.

General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin olunub.

Başqa Sərəncamla DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.