📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DSX-də yeni təyinat

2022-07-23 12:15:00

DSX-də yeni təyinat

Dövlət Sərhəd Xidmətinə (DSX) yeni mətbuat katibi təyin olunub.

Hurriyyet.az-ın məlumatına görə DSX-dən bildirilib ki, polkovnik-leytenant Aftandil Abbasov Kütləvi İnformasiya Vasitələri ilə iş şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Abbasov ötən il Prezidentin sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. 

Xatırladaq ki, bundan əvvəl qurumun mətbuat katibi Maya Şərifova idi.