📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DSX mayoruna hücum edən idmançıların şikayəti təmin olunmadı - HƏBSDƏ QALDILAR

2025-01-17 16:03:12

DSX mayoruna hücum edən idmançıların şikayəti təmin olunmadı - HƏBSDƏ QALDILAR

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücumla bağlı həbs edilən kikboksçular barələrindəki qərardan narazıdırlar.

Hurriyyet.az-ın məlumatına görə, onların şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Müdafiə tərəfi həbs qərarının ləğv edilməsini istəyib.

Hakim etirazı əsaslı hesab etməyib. Xuliqanlıqda ittiham edilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun həbsinin davamına qərar verilib.

Qeyd edək ki, idmançılar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakupost.az