📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DSX-nin giziri balıq tutmaq istəyəndə Kürdə boğuldu

2024-10-07 10:52:34

DSX-nin giziri balıq tutmaq istəyəndə Kürdə boğuldu

Balıq tutarkən çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.

Hurriyyet.az xəbər verir ki, o, xidmətdənkənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib.

Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.

Lent.az