📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DTX Batumidə antiterror əməliyyatı keçirib

2024-06-06 14:05:15

DTX Batumidə antiterror əməliyyatı keçirib

Hurriyyet.az xəbər verir  ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Batumidə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumatı verib.  Eyni zamanda iki müxtəlif məkanda aparılan birdəfəlik reydlərin nəticəsində odlu silah, əl qumbaraları, terror təşkilatının rəmzləri və digər əşyayi-dəlillər müsadirə olunub. İki nəfər Gürcüstan vətəndaşı həbs edilib.
Hürr Tərcüman