📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DTX əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər - VİDEO

2024-12-12 12:26:51

DTX əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər - VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.