DTX Gömrük Komitəsində əməliyyat keçirdi - SON DƏQİQƏ
2022-08-30 17:08:00
Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.
Bu saatlarda keçirilən əməliyyat Şimal Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.