📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DTX işçilərinin aylıq vəzifə maaşları ilə bağlı QƏRAR İMZALANDI

2022-05-24 19:49:00

DTX işçilərinin aylıq vəzifə maaşları ilə bağlı QƏRAR İMZALANDI

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə və Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Maliyyə Nazirliyinə bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Qərar 2022-ci il martın 17-dən tətbiq edilir. \\Sfera.az