DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini andı - Foto
2026-02-26 17:32:14
DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.
Hurriyyet.org xəbər verir ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.