📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DTX-nin əməliyyatında nazir müavini də saxlanıldı

2022-11-01 13:33:00

DTX-nin əməliyyatında nazir müavini də saxlanıldı

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. 

Hurriyyet.az xəbər verir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb. 

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib. (qafqazinfo)