📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DTX-nin saxladığı iddia edilən nazirin birinci müavini işə çıxdı

2022-11-03 09:47:00

DTX-nin saxladığı iddia edilən nazirin birinci müavini işə çıxdı

Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyatla saxladığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.

Hurriyyet.az-ın oxu.az-a istinadən məlumatına görə, nazir müavini hazırda vəzifəsini icra edir.

Nazirliyin elə həmin gün saxlanılan Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində isə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.