📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DTX-nın saxladığı məmurlar xalaoğlu imiş

2022-11-01 17:57:00

DTX-nın saxladığı məmurlar xalaoğlu imiş

Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı saxlanılan İlkin Nəsibov və Elnur Əliyevlə bağlı yeni məlumat üzə çıxıb. 

Hurriyyet.az Demokrat.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibovla digər saxlanılan Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev yaxın qohumdur.

İlkin Nəsibov Elnur Əliyevin xalası oğludur. 

İlkin Nəsibov 2012-2020-ci illərdə "Ata Bank”da və "Kapital Bank”da məsul vəzifələrdə çalışıb.

O, 2020-ci ilin avqustunda xalası oğlu olan Elnur Əliyevin vasitəsilə Mədəniyyət Nazirliyində vəzifəyə təyin olunub.