📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DTX tərəfindən saxlanılan polkovniklə bağlı qarar verildi

2022-03-14 17:07:00

DTX tərəfindən saxlanılan polkovniklə bağlı qarar verildi

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevlə haqda qərar verilib.

Hurriyyet.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən F.Mirzəyevlə bağlı verilən təqdimata baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sabiq rəis 2020-ci il iyununda MN-dəki vəzifəsindən  çıxarılıb. Polkovnik xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.