📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dubayda metro suyun altında qaldı, futbol qarşılaşmaları və uçuşlar ləğv edildi

2024-04-16 16:01:20

Dubayda metro suyun altında qaldı, futbol qarşılaşmaları və uçuşlar ləğv edildi

Hurriyyet.az xəbər verir ki, BƏƏ-nin Fövqəladə Hallar Milli İdarəsi güclü leysan yağışları ilə əlaqədar Dubay sakinlərini evlərindən çıxmamağa çağırıb. Bu barədə məlumatı "Khalej Times" nəşri verib.
Şəhərdə bəzi magistral yolların bağlandığı, aeroportda 17 uçuşun təxirə salındığı, yaxud da istiqamətinin dəyişdirildiyi, "Onpassive" metro stansiyasının su altında qaldığı bildirilir.
Birləşmiş Ərəb Əmirliklərinin Futbol Assosiasiyası 16 aprel tarixinə planlaşdırılmış bütün oyunların təxirə salındığını bildirib.
Hürr Tərcüman