Duma Donetsk və Luqanskdakı separatçıların tanınması üçün Putinə müraciət etdi
2022-02-15 15:55:00
Qanunsuzluğun leqallaşdırılmasının bir addımlığında
Hurriyyet.az xəbər verir ki, Rusiya Dövlət Duması ölkə Prezidenti Vladimir Putinə müraciət edərək Ukraynanın ərazi bütövlüyünün pozulması hesabına yaradılmış qondarma, separatçı DXR (Donetsk Xalq Respublikası) və LXR (Luqansk Xalq Respublikası) qurumlarını tanımağa çağırıb.
Bu gün Dövlət Dumasının deputatları “Dövlət Dumasının “RF PRezidenti Vladimir Putinə Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının tanınmasının zərurəti” barəsində müraciəti” adlı qərar layihəsini təsdiq ediblər.
Bu barədə məlumat parlamentin aşağı palatasının saytında dərc edilib.
Hürr Tərcüman