📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dumanlı hava nə vaxta qədər davam edəcək?

2025-03-10 09:18:08

Dumanlı hava nə vaxta qədər davam edəcək?

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.az-a verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Şabran, Beyləqan, İmişli, Sabirabad, Zərdab, Neftçala, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur və görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.