📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dumanlı yolda 6 maşın toqquşdu - Fotolar

2025-01-14 12:35:24

Dumanlı yolda 6 maşın toqquşdu - Fotolar

Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunda, Ucarın Alpout kəndi ərazisində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan 2 “Opel”, 3 “KamAZ” və 1 “Mercedes” markalı maşın toqquşub. Nəticədə maşınlara ciddi ziyan dəyib. Qəza zamanı Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov xəsarət alaraq Ucar rayon Mərkəzi  Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.