📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünən dənizdə batanlar hələ də axtarılır - Video

2023-06-21 20:35:00

Dünən dənizdə batanlar hələ də axtarılır - Video

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2km aralı, nəzarətsiz ərazidə 2 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in dalğıc-xilasediciləri dərhal axtarış-xilasetmə əməliyyatına başlayıb.

FHN-dən  verilən məlumata görə, küləkli hava şəraiti və dənizin dalğalı olmasına baxmayaraq, FHN-in dalğıc-xilasediciləri axtarış işlərini fasiləsiz olaraq davam etdirirlər. Hazırda axtarış işləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. 

Əməliyyatın gedişatı barədə əlavə məlumat veriləcək.