"Dünən yüzlərlə məmur Nikolun sözlərindən utanırdı" - Erməni ekspert
“Əminəm ki, dövlət sisteminin yüzlərlə əməkdaşı dünən gecə yatmayıb. Paşinyanın dünənki mətbuat konfransından sonra dövlət idarəetmə sistemindən istefalar olmalı idi. Ən azından kimsə deməliydi ki, o, daxili faşizm və dövlət-milli parçalanma siyasətinin bir parçası olmağa razı deyil”.
Bunu Ermənistanın “Alternativ layihələr qrupu”nun üzvü Vahe Hovhannisyan sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, hazırda istefalar yoxdur və olmayacaq.
“Amma bu o demək deyil ki, məmurların hamısı öz dövlətçiliyinə əhəmiyyət vermir. Orada kifayət qədər layiqli və peşəkar insanlar da var. Vəziyyəti düzgün başa düşmək lazımdır. İstefa verdikdən sonra 99% hara gedəcəyini, nəyə və kimə qoşulacağını bilmir. Əminəm ki, dövlət sisteminin yüzlərlə əməkdaşı, o cümlədən təhlükəsizlik işçiləri, xüsusi xidmət orqanlarının, XİN-in nümayəndələri Nikolun sözlərindən bu gecə yatmadılar, əziyyət çəkdilər, utandılar”, – deyə erməni ekspert bildirib. \\KONKRET.az