📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya artıq ABŞ-ın başına dönməyəcək - Peskov

2023-10-23 22:14:50

Dünya artıq ABŞ-ın başına dönməyəcək - Peskov

Kreml ABŞ prezidenti Co Baydenin dünyanın yeni nizama ehtiyacı olduğu haqda sözlərini dəstəkləyir, lakin Moskva belə bir nizamın Vaşinqton tərəfindən tikilə biləcəyi ilə razılaşmır.

Hurriyyet.Az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib: “Biz cənab Baydenlə tamamilə razıyıq. Onun dedikləri ilə tamamilə razı olduğumuz nadir haldır. Həqiqətən də, dünyanın tamamilə fərqli prinsiplərə əsaslanan yeni dünya nizamına ehtiyacı var”.

Kremlin fikrincə, bu dünya nizamı bütün idarəetmə mexanizmlərini bir dövlətin əlində cəmləşdirmək cəhdlərindən, öz iradəsini və qərarlarını başqa ölkələrə sırımaq cəhdlərindən azad olmalıdır.

“Əksinə, “qaydalara” deyil, beynəlxalq hüquqa əsaslanan, qarşılıqlı hörmətə, qarşılıqlı faydaya, bir-birinin daxili işlərinə qarışmamağa və s. əsaslanan dünya nizamı olmalıdır”, – deyə Peskov qeyd edib.

Kreml Baydenin bəyanatının başqa hissəsi ilə razılaşmır:

“Cənab Baydenin başqa bir ifadəsi var: “ABŞ belə bir nizam qurmağa qadirdir”. Bununla razı deyilik. ABŞ bu və ya digər şəkildə, hansı dünya nizamından danışsalar da, Amerika mərkəzli dünya nizamını nəzərdə tuturlar. Yəni ABŞ-ın ətrafında fırlanan dünya. Bu, bir daha baş verməyəcək”.