📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya Bankı Ukrayna üçün yeni fondun yaradılmasını təsdiqləyib

2024-10-11 10:54:29

Dünya Bankı Ukrayna üçün yeni fondun yaradılmasını təsdiqləyib

Dünya Bankının Direktorlar Şurası Ukrayna üçün ABŞ, Yaponiya və Kanada tərəfindən maliyyələşdiriləcək yeni fondun yaradılmasını təsdiqləyib. Səsverməyə yeganə etiraz Rusiyadan gəlib. Bu xəbər "Reuters" verib.

Fond Dünya Bankı tərəfindən idarə olunacaq və G7 ölkələrinin ilin sonuna qədər Ukraynaya 50 milyard dollara qədər əlavə maliyyə ayırması ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinə kömək edəcək.

Ülviyyə, Hurriyyet.az