Dünya bazarlarında qazın qiyməti dəyişməyib
2021-08-07 10:46:00
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti dəyişməyib.
"APA-Economics"in məlumatına görə, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə dəyişməyərək 4,14 ABŞ dolları təşkil edib.
Mirsəid İbrahimzadə