📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya bu matçdan danışır - 120 min azarkeş

2025-04-07 23:53:22

Dünya bu matçdan danışır - 120 min azarkeş

İran çempionatının 25-ci turunda keçirilən “Traktor” - “İstiqlal” matçında qeydə alınan azarkeş sayı dünya mətbuatının gündəmini zəbt edib.

Güney Azərbaycan təmsilçisinin ev matçını 120 min azarkeş izləyib.

Qeyd edək ki, “Səhənd” stadionunda keçirilən qarşılaşma Təbriz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki, rəqiblərindən bir oyun az keçirən “Traktor” 54 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyiciləri “Sepahan” 50 xalla ikinci, “Persepolis” isə 48 xalla üçüncüdür. \\Qafqazinfo