📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya çempionatı: Azərbaycan boksçusu 1/8 finalda uduzub

2021-11-01 19:12:00

Dünya çempionatı: Azərbaycan boksçusu 1/8 finalda uduzub

Azərbaycan boksçusu Mirşərif Kazımzadə Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançı özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşıb.

Rəqibinə 0:5 hesabı ilə uduzan Kazımzadə yarışla vidalaşıb.

Qeyd edək ki, bu gün daha 1 boksçu 1/4 finala vəsiqə uğrunda döyüş keçirəcək. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə qüvvəsini sınayacaq. \\Report