📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

2022-09-16 20:55:00

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

92 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda ABŞ təmsilçisi Ceyden Koksla qarşılaşıb.

Rəqibinə 0:7 hesabı ilə uduzan Nurmaqomedov həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub. \\Report