📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya çempionatı: Güləşçilərimiz gümüş və bürünc qazandı

2021-08-21 19:55:00

Dünya çempionatı: Güləşçilərimiz gümüş və bürünc qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb.

130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib.

55 kq-da yarışan Elmir Əliyev qazaxıstanlı İsxar Kurbayevə qalib gələrək bürünc medal qazanıb. Aleksandr Primaçenkoya (Ukrayna) uduzan Laçın Vəliyev (87 kq) isə 5-ci olub. \\KONKRET