📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya çempionatında qrup mərhələsi başa çatır – Afişa

2022-12-02 10:02:00

Dünya çempionatında qrup mərhələsi başa çatır – Afişa

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

Hurriyyet.az xəbər verir ki, bununla da 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşacaq. Digər matçda isə İsveçrə seçməsi Serbiyanı sınağa çəkəcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.

H qrupunda pley-offa vəsiqəni təmin edən Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gələcək. Digər oyunda isə Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilər.

H qrupunun oyunları 19:00-da, G qrupunun oyunları isə 23:00-da start göürəcək.

Məlumat üçün bildirək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 finala vəsiqə qazanıblar.

yeniavaz.com