📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya çempionu olan Emin Moskvada HƏBS OLUNDU

2025-09-06 21:02:27

Dünya çempionu olan Emin Moskvada HƏBS OLUNDU

Taekvondo üzrə dünya çempionu Emin Çetinbağ cinayətkar qruplaşmanın tərkibində dələduzluqla bağlı Moskvada həbs olunub.

Bu barədə TASS məlumat yayıb.

Rusiya Federasiyasının İstintaq Komitəsi bildirir ki, qruplaşmada bir neçə keçmiş polis əməkdaşı da iştirak edib.

İstintaqın məlumatına görə, qrup 2025-ci ilin fevralından etibarən “əməliyyat tədbirləri” adı altında vətəndaşları hədələyərək onlardan külli miqdarda pul tələb edib. Zərərçəkənlərə ümumilikdə 4 milyon rubldan çox ziyan dəyib.

İş üzrə 5 nəfər artıq həbs olunub, daha biri isə axtarışdadır. \\Musavat.com