Dünya ermənilərinin “Hayastan” fondu Azərbaycanda - Xocalıda evlər tikir
2022-10-21 12:08:00
Hurriyyet.az “news.am” saytına istinadla xəbər verir ki, “Hayastan” ümumierməni fondu Xocalıda 20 ədəd çoxmənzilli bina (240 mənzil) ilə 86 evin tikintisinə başlayıb.
Evlərin tikintisi yekunlaşmaq üzrədir. Ərazidə infrastrukturun təmin edilməsindən sonra istismara veriləcəyi gözlənilir.
30 il bundan əvvəl, 1992-ci il 26 fevral tarixində Xocalı şəhəri Ermənistan tərəfindən işğal edilib, orada azərbaycanlıların soyqırımı törədilib. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Xocalı şəhəri Rusiyanın Sülhməramlı Qüvvələrinin nəzarəti altındadır.
Hürr Tərcüman
.png)