📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya futbolu bu iddia ilə çalxalanır - Açılış oyununda məğlub olmaları üçün...

2022-11-18 21:14:00

Dünya futbolu bu iddia ilə çalxalanır - Açılış oyununda məğlub olmaları üçün...

Qətərin 8 ekvadorlu futbolçuya dünya çempionatının açılış oyununda məğlub olmaları üçün 7.4 milyon dollar təklif etdiyi iddia edilib.

Bu barədə tanınmış araşdırmaçı Amjad Taha açıqlama verib. O iddia edib ki, Qətər ekvadorlu futbolçulara məğlub olmaları üçün rüşvət təklif edib.İddiaları Qətərdən və Ekvadordan olan insayderlər də təsdiqləyib. Məsələ barədə hələlik rəsmi açıqlama verilmir. Futbolçulara rüşvət təklif edilməsi barədə iddialar təsdiqini taparsa, FİFA-nın Qətər barəsində ciddi qərarlar qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, Qətər millisi açılış oyununda Ekvador millisi ilə qarşılaşacaq. \\Metbuat