"Dünya iki cinaha, faşizm və antifaşizm cəbhəsinə bölünüb" - XAQANİ CƏFƏRLİ
"Moskva prospektinin adının dəyişdirilib Mariupol prospekti adlandırılması təklifi də Azərbaycanın antifaşist düşərgəsinə aid olduğunu nümayiş etdirməyə xidmət edirdi"
"Rusiyanın Riqa və Vilnüsdəki səfirliklərinin yerləşdiyi küçələrin adları dəyişdirilib. Rusiyanın Riqadakı səfirliyi Antoniyas küçəsində yerləşdirdi. Artıq həmin küçənin adı “Ukraynanın müstəqilliyi”dir. Rusiyanın Vilnüsdəki səfirliyi adsız zolaqda yerləşirdi. İndi həmin ərazi “Ukraynanın qəhrəmanları” küçəsi adlanacaq". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.
Politoloq qeyd edib ki, Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının Moskva prospektinin adının dəyişdirilib Mariupol prospekti adlandırılması təklifi çox böyük əksəriyyət tərəfindən dəstəklənsə də, kiçik bir qism tərəfindən etirazla qarşılanıb: "Moskva prospektinin adının dəyidirilməsinə qarşı çıxanlar fikirlərini müxtəlif səbəbərlə əsaslandırsalar da, onların hamısı çox önəmli bir məqamı diqqətdən qaçırlar. Dünya iki cinaha, faşizm və antifaşizm cəbhəsinə bölünüb. NATO-nun üzvü olmalarına baxmayaraq, Latviya və Litva tamamilə antifaşizm düşərkəsinə aid olduqlarını təsdiq etmək zərurəti hiss ediblər. Buna görə də, Rusiyanın Riqa və Vilnüsdəki səfirliyinin yerləşdiyi küçənin adını Ukrayna ilə eyniləşdirməklə antifaşizm cəbhəsində yer aldıqları ilə bağlı dünyaya daha bir mesaj veriblər. Çünki Latviya və Litvada dərk edirlər ki, Ukrayna antifaşizm düşərgəsinin mərkəzidir".
Xaqani Cəfərlinin sözlərinə görə, Moskva prospektinin adının dəyişdirilib Mariupol prospekti adlandırılması təklifi də Azərbaycanın antifaşist düşərgəsinə aid olduğunu nümayiş etdirməyə xidmət edirdi: "Gürcüstan prezideni Salome Zurabişvili Avropa səfərindən qayıtdıqdan sonra dərhal parlamentə gedərək Gürcüstana qarşı Vaşinqton, Brüssel və Kiyevdə münasibətin pisləşməsi haqqında həyacan təbili çaldı. 30 illik fransız diplomatı olmuş Salome Zurabişvili dünyanın iki cəbhəyə bölündüyünü, antifaşizm cəbhəsində olmayanların faşizmin yanında yer aldığı qənaəti yaratdığını bilir. Təəssüf ki, bu qədər aydın görünən həqiqəti izah etmək zərurəti ilə üz-üzəyik".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az