Dünya liderləri “Bir Yer, bir ailə, bir gələcək” devizi altında toplaşdılar
2023-09-09 10:40:42
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Hindistanın paytaxtı Nyu-Dehli şəhərində G-20 ölkələrinin ikigünlük sammiti işə başlayıb.
Sammit “Bir Yer, bir ailə, bir gələcək” devizi altında keçirilir.
Sammitə “Böyük iyirmilik” ölkələrinin hamısınının və əlavə olaraq 9 dövlətin (Banqladeş, Misir, İspaniya, Mavrikiya, Nigeriya, Niderland, BƏƏ, Oman və Sinqapur) liderləri dəvət edilib.
Hürr Tərcüman