📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya OD TUTUB YANIR: tarixin ən isti günü QEYDƏ ALINDI

2024-07-23 23:31:50

Dünya OD TUTUB YANIR: tarixin ən isti günü QEYDƏ ALINDI

İyulun 21-i dünyanın ən isti günü olub.

Bu barədə Avropa Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, iyulun 21-də səth havasının orta temperaturu rekord göstəricini cəmi 0,1°C üstələyərək 17,09°C-yə çatıb.

Bundan əvvəl Avropa Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) mütəxəssisləri 2024-cü ilin aprelinin Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olduğunu bildirmişdilər.

C3S-in məlumatına görə, keçən ay qlobal temperaturlar tarixi orta göstəricilərdən 1,58°C yuxarı olub.

Bundan əlavə, son 12 ay ərzində Yer kürəsində temperatur sənayedən əvvəlki səviyyədən 1,61°C yuxarı qalxaraq təhlükəsiz istiləşmə həddini 1,5°C keçib.

C3S hesablamaları aylıq və mövsümi proqnozlar hazırlamaq üçün dünya üzrə peyklərdən, təyyarələrdən, gəmilərdən və hava stansiyalarından alınan ölçmələrə əsaslanır. \\Ölkə.az