📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya şöhrətli Ahmet Yıldırım Azərbaycanda!

2013-02-18 22:18:09

Dünya şöhrətli Ahmet Yıldırım Azərbaycanda!

Bu il ölkəmizdə bir sıra layihələr həyata keçirməyi nəzərdə tutan tanınmış prodüser İntizar Qasımov dünya şöhrətli Ahmet Yıldırımı ölkəmızə dəvət edib.

Hurriyyet.az xəbər verir ki, bu lahiyyələrdən biri də xalq artisti, meqastar Aygün Kazımovanın "Golden Rose" Kosmetika Məhsullarının siması seçiliməsidir.

Qeyd edək ki Ahmet Yıldırım Şeron Stoun kimi dünya ulduzlarıyla lahiyyələrə imza atmış və təkcə Türkiyyədə deyil dünyada məhşurdur . Meqastar Aygün Kazımova brendin siması seçilib və bir illik müqavilə imzalayıb. Reklam prodakşınının ulduzu - rejissor Aqil M. Quliyev “Golden Rose” üçün klip üslubunda reklam çarxı çəkib. Bu layihənin rəhbəri də məhz Aqil M. Quliyevlə İntizar Qasımovdur. Onların rəhbərlik etdiyi peşəkar qrup tərəfindən həyata keçirilən bu böyük layihə artıq müştərilərin müzakirəsinə verilib.

Bu layihədə brend üçün xüsusi olaraq qəzəl formasında reklam mətni yazılıb. Mətnin müəllifi şair İkram Əliyevdir. Layihənin baş prodüseri bir sıra uğurlu layihələrdə imzası olan İntizar Qasımovdur. Reklam çarxında Aygün Kazımovanın stilisti, modelyeri tanınmış modelyer Leyla Əhmədovadır. Reklam çarxı üçün operator xüsusi olaraq Ukraynadan dəvət edilmiş Aleksey Stepanovdur ki, o da bir sıra rus və Avropa ulduzları ilə işləri ilə məşhurdur. Make-up dünya şöhrətli Ahmet Yıldırıma məxsusdur. Art-montaj, vizual effektlər və musiqi tərtibatı Elrəngindir. Layihənin səs rejissoru Ramzesdir.

Bu layihə “Golden Rose”un 30 illiyi münasibətilə həyata keçiriləcək silsilə tədbirlərin başlanğıcıdır. Ən əsası isə odur ki, bu ilin mart ayının sonuna qədər bütün “Golden Rose” mağazalarında bütün mallara 30% endirim elan edilir.

Bu gün “Golden Rose” daha bir ünvanda müştəriləri ilə görüşə gəlir. Yeni mağaza, yeni məhsullar və həmişəki “Golden Rose” keyfiyyəti. Yeni ünvanımız: “Yeni Həyat”, “Megafun” Uşaq Əyləncə Mərkəzinin yerləşdiyi “Azure” Ticarət Mərkəzi, I mərtəbə.

“Golden Rose” hər kəsin ünvanıdır. “Golden Rose” - Sirrini tək sən bilirsən!

Aysu MƏMMƏDOVA