📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya tarixində ən isti ay... - Quterreş

2023-07-27 21:25:00

Dünya tarixində ən isti ay... - Quterreş

2023-cü ilin iyulu bütün müşahidələr tarixində ən isti ayı olacaq və fəlakətdən qaçmaq üçün iqlim dəyişikliyinə qarşı təcili tədbirlər görülməlidir.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Bu gün Dünya Meteorologiya Xidməti və Avropanın Copernicus təşkilatı 2023-cü ilin iyulunun dünya tarixində ən isti ay olacağını təsdiqləyən rəsmi məlumat yayıb”,- Quterreş bildirib.\\Axar.Az