📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya təhlükə altında: dəniz səviyyəsi sürətlə yüksəlir

2022-02-19 09:07:00

Dünya təhlükə altında: dəniz səviyyəsi sürətlə yüksəlir

Yaxın 30 ildə dəniz səviyyəsinin 30 santimetr yüksələcəyi proqnozlaşdırılır. Elm adamları bu səbəblərdən dolayı sahil ərazilərinin su altında qala biləcəyinə diqqət çəkirlər.

Hurriyyet.az xəbər verir ki, bu barədə NASA-nın rəhbəri Bill Nelson danışıb.

NASA-nın hesabatına əsaslanan Nelson dünyanın təhlükə altında olduğunu qeyd edib:

“Bu hesabat əvvəlki çalışmalarımızı və uzun müddətdir bildiklərimizi təsdiqləyir: Dəniz səviyyəsi həyəcanverici bir şəkildə sürətlə yüksəlməyə davam edir və bəşəriyyəti təhlükə altına alır”.

Nelson davam edən iqlim böhranını yüngülləşdirmək üçün təcili hərəkətə keçməyə ehtiyac olduğunu söyləyib.