Dünyada ilk dəfə! Çində fəaliyyətə başladı
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, dünyanın ilk dördüncü nəsil Atom Elektrik Stansiyası Çində fəaliyyətə başlayıb. Çin Xalq Respublikasının Dövlət Enerji İdarəsinin məlumatına görə, obyekt ölkənin şərqində yerləşir.
Hazırda dünyada fəaliyyət göstərən atom elektrik stansiyalarının əksəriyyəti ikinci nəsildəndirlər. Birinci nəsildən olan stansiyalar demək olar ki, qalmayıb (Yeri gəlmişkən, Ermənistanda yerləşən “Metsamor” AES onunla eyni vaxtda – 1977-ci ildə işə düşmüş Çernobıl AES kimi birinci nəsil AES-dir.).
Üçüncü nəsil atom elektrik stansiyaları hələ çox az saydadır. Beşinci nəsil reaktorların isə hələ yalnız layihələri müzakirə edilir.
Çinin dördüncü nəsil AES-i yüksək temperaturlu qazsoyutma reaktoru – HTR ilə fərqlənir. Belə reaktorun üstünlüyü təhlükəsizlik və yüksək effektlilikdir.
Hürr Tərcüman