Dünyada ilk dəfə Türkiyədə: lazer silahlı pilotsuz uçuş aparatı
2021-12-11 21:05:00
Türkiyə istehsalı olan, lazerlə işləyən pilotsuz uçuş aparatı "Eren" dünyada ilk dəfə 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Pilotsuz təyyarə sınaqların bütün mərhələləri bitdikdən sonra Türkiyə ordusunun silahlanmasına veriləcək. TÜBİTAK və “Asisguard” şirkətləri tərəfindən hazırlanan “Eren” pilotsuz uçuş aparatı lazerdən istifadə edərək partlayıcı elementləri uzaqdan zərərsizləşdirmək qabiliyyətinə malikdir. “Eren”in maksimum uçuş hündürlüyü 3 000 metrdir. \\Ölkə.az