📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünyanda ilk dəfə: Azotla boğmaq yolu ilə edam...

2024-01-26 00:05:28

Dünyanda ilk dəfə: Azotla boğmaq yolu ilə edam...

Bu gün ABŞ-ın Alabama ştatında dünyada ilk dəfə olaraq azotla boğmaq yolu ilə edam gerçəkləşdiriləcək.

Yerli hakimiyyət bu üsulla edamı 988-ci ildə törədilən qətldə təqsirli bilinən Kennet Smitə qarşı tətbiq edəcək.

BMT-nin insan haqları ofisi Alabama dövlət orqanlarını Smitin yanvarın 25-26-na planlaşdırılan edamını dayandırmağa və oxşar şəkildə hər hansı digər edamları həyata keçirmək üçün addımlar atmaqdan çəkinməyə çağırıb.

Alabamanın artıq 2022-ci ildə Smiti öldürücü inyeksiya ilə edam etməyə cəhd etdiyi məlumdur. \\BakuPost