Dünyanı alt-üst edən nasazlıq – Apple sistemi çökdü
2026-11-18 11:31:30
Dünyanın müxtəlif ölkələrində Apple xidmətlərinin fəaliyyətində genişmiqyaslı problemlər yaranıb.
Musavat.com xəbər verir ki, istifadəçilər Apple ID hesablarına daxil ola bilmədiklərini və şirkətin digər xidmətlərindən istifadədə çətinlik çəkdiklərini bildirirlər.
Problemlərin müxtəlif ölkələrdə eyni vaxtda müşahidə edildiyi barədə məlumatlar yayılıb.
Kütləvi nasazlığın səbəbi hələlik rəsmi şəkildə təsdiqlənməyib. Sosial şəbəkələrdə Apple serverlərinin haker hücumuna məruz qala biləcəyi ehtimalı müzakirə olunur. Lakin kiberhücum versiyasını təsdiqləyən rəsmi məlumat yoxdur.
Texnologiya nəşrlərində yayılan məlumatlara görə, nasazlığın iCloud, App Store, Apple Music və Apple Pay xidmətlərinə də təsir göstərdiyi bildirilir.