📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünyanı dəhşətli quraqlıq gözləyir – XƏBƏRDARLIQ

2021-11-05 10:30:00

Dünyanı dəhşətli quraqlıq gözləyir – XƏBƏRDARLIQ

Yerdəki qlobal istiləşmə təbiətdəki su dövriyyəsinə ciddi ziyan vurur, bu fakt yaxın illərdə dəhşətli quraqlığa səbəb ola bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Amerika elm adamları iddia ediblər.

Bildirilib ki, temperaturun yüksəlməsi su ehtiyatlarının istehlakını artırır.

Alimlər təəssüflənirlər ki, siyasətçilər onların kataklizmlər barədə xəbərdarlıqlarına məhəl qoymurlar. Onların fikrincə, daha əvvəl reaksiya verilsəydi, ən azı qlobal istiləşmənin təsirlərini yumşaltmaq mümkün olardı.

Alimlər qlobal istiləşməni azaltmaq üçün fəaliyyət planını müəyyən etməyə çalışırlar. Plana əsasən, dövlətlər iqlim dəyişikliyinə uyğunlaşmaq, emissiyaları azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlər görməlidir.