Dünyanın 1000 seçilmiş iş adamı Bakıya gəlir
Bakı 25-ci Beynəlxalq Biznes Forumuna qapılarını açır
Hurriyyet.az xəbər verir ki, 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək biznes forumuna dünyanın hər yerindən seçkin iş adamları qatılacaq, proqramda onlarla fərqli sektorun müzakirəsi aparılacaq.
25-ci biznes forumu Azərbaycan İqtisadiyyat Nazirliyi, həmçinin nazirliyin tabeliyində olan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Türkiyə Cumhuriyyəti Ticarət Nazirliyi, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, Türkiyənin Müstəqin Sənayeçilər və İş Adamları Birliyinin (MÜSİAD) Azərbaycan şöbəsinin dəstəyi ilə təşkil olunacaq.
Azərbaycanın sahib olduğu ticarət və investisiya potensialına diqqət çəkmək üçün Bakıda təşkil olunacaq Bakı 25-ci Beynəlxalq Biznes Forumu zirvəsində əkinçilik, heyvandarlıq, turizm, enerji, inşaat, səhiyyə sektorunda imtiyazların izah edilməsi üçün toplantılar təşkil olunacaq.
Proqram çərçivəsində fabriklərə səfərlər təşkil olunacaq, qonaqların sahə çalışmalarını şəxsən izləməsinə şərait yaradılacaq. Təşkil olunacaq tədbirlərdə iştirakçıların Azərbaycan bazarı haqqında daha çox məlumat əldə etmələri, regional problemlərin ön plana çıxarılması hədəflənib.
Bakı 25-ci Beynəlxalq Biznes Forumunda ABŞ, Kanada, Türkiyə, Avropa, Orta Şərq, Cənibi Afrika və Rusiyadan 1000 iş adamı iştirak edəcək.