📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Dünyanın ən axmaq xalqlarından birinə çevriləcəyik” - Oskanyan

2023-07-07 00:27:00

“Dünyanın ən axmaq xalqlarından birinə çevriləcəyik” - Oskanyan

“Niyə bizim arsenalımızdakı alətlərdən Qarabağ məsələsində istifadə olunmur? Ermənistan hakimiyyəti Qarabağı Azərbaycana təslim etmək qərarına gəlibmi? Bu, bizim hakimiyyət orqanlarının imkanı və fantaziyasıdır

Bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Facebook səhifəsində canlı yayımda danışıb.

“Bu hakimiyyət bizi axmaq hesab edir, yoxsa özləri axmaqdırlar? İnanın ki, Qarabağı könüllü olaraq Azərbaycana təslim etsək, dünyanın ən axmaq xalqlarından biri sayılacağıq”, – deyə Oskanyan bildirib.

O, deyib Qarabağın Azərbaycana verilməsi sülh gətirə bilməz:

“Paşinyan bu sənədi imzalasa, gələcək münaqişələrin toxumlarını səpəcək. Bu yük gələcək nəsillərə ötürüləcək” – deyə Oskanyan əlavə edib. \\KONKRET.az