Dünyanın ən “yaşlı” qəzetinin axırıncı sayı dərc edilib
Hurriyyet.az xəbər verir ki, Avstriyanın 300 ildən artıq müddət ərində kağız üzərində gündəlik nəşr edilən “Viner Çaytunq” (“Wiener Zeitung” – “Vyana qəzeti”) nəşrinin axırıncı sayı 2023-cü il iyun ayının sonunda dərc edilib. İndən belə hər gün yalnız nəşrin rəqəmsal versiyası fəaliyyət göstərəcək, kağız üzərində isə yalnız aylıq buraxılışlar dərc ediləcək.
Qəzetin ilk sayı 1703-cü ilin avqust ayında, Müqəddəs Roma İmperiyasında işıq üzü görüb. Qəzet o vaxt “Viyenneriskes Diarium” (“Wiennerisches Diarium” latınca “Vyana gündəliyi”) adlanırdı. Mövcud olduğu müddət ərzində həmişə nüfuzunu qoruyan nəşr ölkə daxilində və xaricindəki hadisələri, mədəniyyəti və biznesi işıqlandırıb. Qəzetdə İnsan Hüquqları Bəyannaməsi, Mortsart və Bethovenin elanları dərc edilib.
Dövlət əmlakı olan qəzetin redaksiyası müstəqil fəaliyyət göstərir.
“Viner Çaytunq”un gündəlik çapının dayandırılması səbəbindən əməkdaşlar ixtisar edilərək demək olar ki, 3 dəfə azalıb – onların sayı 83 nəfərdən 20 nəfərə qədər enib.
Çap edilən dövri mətbuatdakı komersiya reyestrlərindəki dəyişikliklərin nəşrinə görə şirkətlərin pul ödəməsi tələbi barədə qanun ləğv edildikdən sonra gəlirlərin xeyli azalması qəzetin gündəlik çapının dayandırılmasına səbəb olub.
Qəzetin son sayında Arnold Şvartsnegerin müsahibəsi dərc edilib. Həmçinin belə bir siyahı çap olunub: 116 840 gün, 3 839 ay, 320 il, 12 prezident, 10 imperator, 2 respublika, 1 qəzet.
Hürr Tərcüman