Dünyanın ən yaşlı qrossmeysteri vəfat etdi
2022-05-07 16:48:00
Dünyanın ən yaşlı qrossmeysteri Yuri Averbax vəfat edib.
Hurriyyet.az xəbər verir ki, məlumatı Rusiya Şahmat Federasiyası yayıb.
Təcrübəli şahmatçı 101 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Yuri Averbax 1952-ci ildə qrossmeyster olub. O, 1954-cü ildə SSRİ çempionu, 1957 və 1965-ci illərdə SSRİ yığması ilə Avropa çempionu adını qazanıb.