Dünyanın ən yaşlı sakini vəfat etdi
2024-08-20 17:35:17
Hurriyyet.az xəbər verir ki, İspaniyada dünyanın ən yaşlı sakini vəfat edib. "El Pais" nəşrinin yazdığına görə, kataloniyalı Mariya Brayansın 117 yaşı olub. Onun ailə üzvləri ölümü barəsində jurnalistlərə belə deyiblər: "Öz istədiyi kimi getdi - yuxuda ikən, sakit və ağrısız".
2023-cü ilin yanvarında 118 yaşlı fransız Lyusil Randonun vəfatından sonra Mariya Brayans dünyanın ən yaşlı insanı hesab edilirdi. Alimlər onun uzunömürlülüyünün sirrini tapmaq üçün orqanizmini tədqiq edirdilər.
İndi dünyanın ən yaşlı sakini 116 yaşlı yapon qadın Tomiko İtooka hesab edilir.
Hürr Tərcüman